Nəsimi rayon Ağsaqallar Şurasının hesabat-seçki konfransı keçirildi - Fotolar

nesimi-rayon-agsaqallar-surasinin-hesabat-secki-konfransi-kecirildi
Oxunma sayı: 1223

Nəsimi rayon Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib. “Qafqazinfo” xəbər verir ki, konfransda Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Nəsimi rayon Ağsaqqallar Şurasının sədri professor Vaqif Şadlinski, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, rayon Ağbirçəklər Şurasının sədri Zərifə Quliyeva və rayon Ağsaqqallar Şurasının üzvləri iştirak edib.

Konfransdan öncə iştirakçılar tərəfindən Nəsimi rayon İcra Hakimiyyətinin foyesində Ümummilli lider Heydər Əliyevin büstünün önünə gül dəstələri qoyuldu.

Əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların, hesabat dövrü ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Yığıncağı rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinski açaraq tədbir iştirakçılarını salamladı. Sonra rayon Ağsaqqallar Şurasının sədri Vaqif Şadlinskinin hesabatı dinlənilib. Hesabat məruzəsi ətrafında şura üzvləri Qoşqar Əliyev, İmamverdi Həmidov, Fəxrəddin Əliyev və Milix Yevdayev çıxış edərək Şuranın bir illik fəaliyyətini qənaətbəxş hesab etdilər.

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov çıxış edərək, ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb: “ Müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən Müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Nəsimi rayonunda daim yüksək həssaslıqla yanaşılır, diqqət və qayğı göstərilir. Mənzil məişət şəraitlərinin yaxşılaşdırılması, işlə təmin olunmaları və rastlaşdıqları digər məsələlərin operativ surətdə həll olunması daim Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır. Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq bu ailələrin problemleri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.