Nəsimidə növbəti qanvermə aksiyası - Fotolar

nesimide-novbeti-qanverme-aksiyasi
Oxunma sayı: 1007

Nəsimi rayonunda 14 İyun - Ümumdünya Qan Donoru Günü münasibətilə “Qan ver, həyat xilas et” şüarı altında aksiya keçirilib.

“Qafqazinfo” xəbər verir ki, aksiya Mərkəzi Qan Bankının peşəkar həkim kollektivinin dəstəyi ilə baş tutub.

Aksiyanın məqsədi talassemiya və hemofiliyadan, həmçinin leykoz xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaqdır. Qanvermə aksiyasında rayon İcra Hakimiyyəti başçısı və Aparatın üzvləri, rayon sakinləri fəal iştirak ediblər.

Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları lazımi müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilib.

Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qan vermənin xeyirxah və savab iş olduğunu bildirərək aksiyalarda iştirak etməyin hər bir kəsin vətəndaşlıq borcu olduğunu vurğulayıblar.