Nəsimidə “Xocalı, biz qayıtmışıq!” adlı tədbir keçirildi - Fotolar

nesimide-xocali-biz-qayitmisiq-adli-tedbir-kecirildi
Oxunma sayı: 969

Xocalı faciəsinin ildönümü respublikamızın hər yerində olduğu kimi Nəsimi rayonunda da geniş şəkildə qeyd olunur. “Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatları, mədəniyyət müəssisələri, orta və ali təhsil müəssisələrində faciə ilə bağlı müxtəlif tədbirlər keçirilir.

Namiq Axundov adına 1 nömrəli tam orta məktəbdə Xocalı facəsinin 32-ci ildönümünə həsr olunmuş “Xocalı, biz qayıtmışıq!” adlı tədbir keçirilib.

Tədbirdə RİH Başçısı, rayonda yaşayan Xocalı sakinləri, Vətən müharibəsi şəhid ailələri, müharibə veteranları iştirak edib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Xocalı soyqırımı qurbanlarının və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvlərinin hazırladıqları Xocalı soyqırımına həsr olunmuş kompozisiya nümayiş olunub.

Nəsimi RİH başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Eyni zamanda qeyd olunub ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük müqəddəs savaş dövlətimizin və xalqımızın iftixar ünvanına çevrilib: “Vətən müharibəsində torpaqlarımız otuz illik işğaldan azad olundu, ölkəmiz ərazi bütövlüyünü bərpa edib, Azərbaycan xalqı öz varlığını, milli məsələlərdəki həmrəyliyini, xalqımızın parlaq gələcəyini bütün dünyaya nümayiş etdirib. Çox böyük qürur hissi keçiririk ki, əzəli, qədim Azərbaycan torpaqlarına, Qarabağa qayıtdıq”.