Netanyahu gizlin BƏƏ-yə səfər edibmiş

netanyahu-gizlin-bee-ye-sefer-edibmis
Oxunma sayı: 310

İsrail Baş naziri Benyamin Netanyahu İranla müharibə dövründə BƏƏ-yə gizli səfər edib və ölkə başçısı Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Netanyahunun ofisi məlumat yayıb.

Açıqlamada bildirilib ki, tərəflər arasında keçirilən görüş İsrail ilə BƏƏ münasibətlərində tarixi irəliləyişlə nəticələnib.

Bildirilir ki, BƏƏ xüsusilə İranla müharibə dövründə hücumlara məruz qaldıqdan sonra ABŞ və İsraillə əlaqələrini daha da gücləndirib. 

Ölkə İsraillə münasibətləri həm regional təsir vasitəsi, həm də Vaşinqtona açılan xüsusi kanal kimi qiymətləndirir.

Bununla yanaşı, BƏƏ-nin Hörmüz boğazından yan keçən neft boru kəmərinə sahib olması ölkəyə neft ixracını davam etdirmək imkanı verir.