Qazaxda evdə partlayış, yaralanan var - Foto - Yenilənib

qazaxda-evde-partlayis-yaralanan-var
Oxunma sayı: 574

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə hamam otağında qeydə alınıb.

İlkin məlumata görə, partlayış zamanı 1953-cü il təvəllüdlü Sədaqət Əliyeva xəsarət alıb.

Qadın ağır bədən xəsarətləri ilə Qazax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilib, hazırda vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma başlanılıb.

***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 19:30 radələrində bir nəfər qadın Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Üz nahiyəsinin 3-cü və bədənin müxtəlif yerlərinin 2-ci dərəcəli termiki yanığı diaqnozu təyin olunan 1953-cü il təvəllüdlü  Sədaqət Əliyevaya zəruri tibbi xidmət göstərildikdən sonra tibb müəssisəsinin Reanimasiyya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır olaraq qiymətləndirilir”.

Yunis Quliyev