Netanyahunun ofisinə hücum edilib?

netanyahunun-ofisine-hucum-edilib
Oxunma sayı: 1904

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin Baş naziri Benyamin Netanyahunun ofisinə raketlərlə hücum etdiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, SEPAH-ın məsələ ilə bağlı bəyanatını “Mehr” agentliyi yayıb. 

Məlumatda həmçinin İranın İsrail Hərbi Hava Qüvvələrinin komandanı Tomer Daqaninin olduğu əraziyə zərbə endirdiyi iddia olunub. 

Hər iki hədəfə “Kheibar” raketlərinin atıldığı qeyd edilib. 

Bununla belə, İsrailin Müdafiə Qüvvələri İran tərəfinin bu açıqlamasını təkzib edib. 

“SEPAH həqiqətə uyğun olmayan məlumatlar yaymaq bacarığı ilə tanınır”, - İsrail ordusunun nümayəndəsi yerli mediaya deyib.