Nigeriyada məscidə silahlı hücum, 18 nəfər öldü

nigeriyada-mescide-silahli-hucum-18-nefer-oldu
Oxunma sayı: 753

Nigeriyanın Niger əyalətində məscidə edilən silahlı hücum nəticəsində 18 nəfər ölüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, motosikletli silahlı şəxslər Niger əyalətinin Maza-Kuka bölgəsində sabah namazı üçün bir araya gələn şəxslərə atəş açıb.

Hadisə nəticəsində 18 nəfər ölüb, çox sayda yaralı var. Bundan başqa, silahlı şəxslər 7 nəfəri qaçırıb.