“Nizaminin evi”ndə Memar Əcəmiyə aid film çəkiləcək - Fotolar

nizaminin-evinde-memar-ecemiye-aid-film-cekilecek
Oxunma sayı: 525

Gəncədə yerləşən və hazırda bərpa olunan “Nizaminin evi”ndə yeni filmin çəkilişi planlaşdırılır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Abadlıq Xidmətinin baş memarı Rüfət Quliyev məlumat verib. 

Onun sözlərinə görə, Gəncənin Bala Bağman yaşayış massivində yerləşən, 1982-ci ildə “Nizami” bədii filminin çəkilişləri üçün inşa edilmiş kinopavilyonda böyük Azərbaycan memarı Əcəmi Naxçıvaninin həyat və yaradıcılığına həsr olunan “Memar Əcəmi” filminin bir sıra səhnələri lentə alınacaq.

Ekran əsərinin çəkilişlərinə Naxçıvanın Ordubad rayonunda başlanılıb. 

Xatırladaq ki, uzun illər baxımsız vəziyyətdə qalan “Nizaminin evi”ndə bir müddət əvvəl təmir-bərpa işlərinə start verilib.

Yunis Quliyev