Venesuela müxalifətinin lideri, Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Ağ Evdə ABŞ Prezidenti Donald Trampla görüşdən sonra qızıl medalını ona təqdim etdiyini açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, görüş Trampın Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsi ilə bağlı göstəriş verməsindən təxminən iki həftə sonra baş tutub.
Keçən il Maduronun “qəddar və avtoritar rejiminə” qarşı mübarizəsinə görə Nobel Sülh Mükafatı alan Maçado jurnalistlərə deyib ki, bu addımı Trampın “Venesuela xalqının azadlığına göstərdiyi misilsiz sədaqətə görə” atıb.
“İki yüz il əvvəl General Lafayet Simon Bolivara üzərində Corc Vaşinqtonun şəkli olan medal vermişdi. İki yüz il sonra Bolivar xalqı onun azadlığımıza olan unikal sadiqliyinin tanınması üçün Vaşinqtonun varisinə medalı, bu halda Nobel Sülh Mükafatı medalını geri verir”, - deyə Maçado qeyd edib.
Lakin Trampın bu hədiyyəni qəbul edib-etmədiyi hələlik məlum deyil.
Qeyd edək ki, bundan əvvəl Nobel mükafatı təşkilatçıları “X” sosial şəbəkəsində paylaşım edərək bildiriblər ki, medalın sahibi dəyişə bilər, lakin Nobel Sülh Mükafatı laureatı adı dəyişdirilə bilməz.
Son xəbərlər
Son Xəbərlər