“Növbədənkənar prezident seçkiləri yeni islahatların başlanğıcı olacaq”

novbedenkenar-prezident-seckileri-yeni-islahatlarin-baslangici-olacaq
Oxunma sayı: 4971

“Növbədənkənar prezident seçkiləri ölkəmizdə yeni islahatların aparılması üçün yeni bir başlanğıcı olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

Deputat qeyd edib ki, yeni kadr islahatları və institusional islahatlar həyata keçiriləcək:

“Prezident İlham Əliyev tək Azərbaycanda yox, bütövlükdə Cənubi Qafqazda yeni dövr başladır. Uzun müddət münaqişələr, düşmənçiliklərdən yorulmuş Cənubi Qafqazda sülh və əmin-amanlıq dövrü başlayır!

Müstəqilliyimizi bərpa etdikdən sonra Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkiləri ilk dəfə bütövlükdə Azərbaycan ərazisində keçiriləcək, işğaldan azad edilmiş torpaqlarımızda ilk seçki olacaq. Odur ki, bu seçki həm də, tarixi zəfər seçkisidir.

Şuşadan, Xankəndidən, Laçından, Kəlbəcərdən və digər işğaldan azad edilmiş rayonlarımızdan olan vətəndaşlarımız öz ata-baba yurdlarında siyasi iradəsini sərbəst şəkildə ifadə edə biləcək. Bu seçki eyni zamanda qalib Prezidentin özünə inamının və xalqın siyasi dəstəyinə əminliyinin sübutudur”.

“5 min üzv toplamaqda böyük çətinlik çəkən bəzi yaramaz radikal müxalifətin növnədənkənar prezident seçkilərinin keçirilməsini əsassız şəkildə tənqid etməsi isə sadəcə açıq şəkildə gələcəkdə üzləşəcəkləri daha bir seçki məğlubiyyətlərinə saxta don geyindirmək cəhdindən başqa bir şey deyil”, - deputat əlavə edib.