“Növbəti iclas İrəvanda olacaq”

novbeti-iclas-irevanda-olacaq
Oxunma sayı: 3591

“Birgə fəaliyyətə, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasının keçirilməsinə yaradılan gözəl şəraitə görə Azərbaycan Dövlət Sərhəd Xidmətinə təşəkkür etmək istəyirəm”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Sərhəd Qoşunları Komandanları Şurası sədrinin müavini - Koordinasiya Xidmətinin sədri, general-polkovnik Aleksandr Manilov Şuranın Bakıda keçirilən 86-cı iclasının yekunlarına dair jurnalistlərə açıqlamasında bildirib.

A.Manilov qeyd edib ki, bu gün MDB Sərhəd Qoşunları Komandanları Şurasının növbəti iclasının Ermənistanda keçirilməsi barədə qərar qəbul edilib. Növbəti iclas 2023-cü ilin ikinci yarısında, təxminən oktyabrda İrəvanda olacaq. Artıq bu tədbirə hazırlıq işləri başlayıb.

Xatırladaq ki, bu gün Bakıda MDB ölkələri Sərhəd Qoşunları Komandanları Şurasının 86-cı iclası keçirilib.