Novruz Məmmədov Neft Fondunun Müşahidə Şurasının sədri seçildi

novruz-memmedov-neft-fondunun-musahide-surasinin-sedri-secildi
Oxunma sayı: 2345

İyulun 6-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Baş nazir Novruz Məmmədov Dövlət Neft Fondunun Müşahidə Şurasının qərarı ilə Müşahidə Şurasının fəaliyyətdə olan sədri seçilib.

İclasda Dövlət Neft Fondunun 2017-ci il üzrə maliyyə fəaliyyəti haqqında illik hesabat, maliyyə fəaliyyətinin auditinin nəticələri, ARDNF-in 2017-ci il büdcəsinin icrası və fondun 2018-ci il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılıb.