Əri əvvəl mühafizəçisi olub

eri-evvel-muhafizecisi-olub
Oxunma sayı: 6992

Əməkdar artist Nüşabə Ələsgərli həyat yoldaşı Rza Toni ilə tanışlığından danışıb.

“Qafqazinfo” xəbər verir ki, müğənni “7 canlı” proqramında qeyd edib ki, əri onun əvvəl mühafizəçisi və sürücüsü olub:

“Bizi tanış ediblər. Həyat yoldaşım Rza İran vətəndaşı idi, Kanadaya yaşamağa gedirdi. Bir müddət mənim sürücüm və cangüdənim oldu. Kanadaya getdi, sən demə, mənə aşiq olubmuş. Ayrılıq 6 ay çəkdi. Bir də gördüm ki, qayıdıb, təəccübləndim. Sevgisini hiss etdirmişdi. Cavab vermişdim ki, olmaz! Mənim də övladlarım var, o, subay idi, evlənməliydi, uşaqları olmalıydı”.