O kadrdan 33 il keçir... - Fotolar

o-kadrdan-33-il-kecir
Oxunma sayı: 6550

“Evdə tək” filminin baş qəhrəmanları Makaley Kalkin və Ketrin Ohara uzun illər sonra bir araya gəliblər. 

“Qafqazinfo” xəbər verir ki, ötən gün Makaley Kalkinin adı “Ulduzlar Dəhlizi”də yer alıb. Bununla bağlı keçirilən tədbirə gələn dəvətlilər arasında Ketrin Ohara da olub. 

33 il öncə çəkilən filmdə ana və oğlunu canlandıran aktyorların səmimi görüntüləri diqqətləri çəkib. Onların yeni fotosu sosial şəbəkələrdə də maraqla qarşılanıb. Aktyorların illər əvvəl filmdə olan görüntüləri ilə indiki halları qarşılaşdırılıb. 

Qeyd edək ki, hazırda Makaley Kalkinin 43, Ketrin Oharanın isə 69 yaşı var. İllər öncə ekranlaşdırılmasına baxmayaraq “Evdə tək” fimi hər il yeni il günlərində maraqla izlənilir.