“O qolun müəllifi olmaq şərəfdir” - Nəriman Axundzadə

o-qolun-muellifi-olmaq-serefdir
Oxunma sayı: 2999

“Bu cür tarixi oyunda həyəcanlı idim. Çox yaxşı matç keçdi”. 

“Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Nəriman Axundzadə deyib. 

Azərbaycan kubokunun 1/8 finalında MOİK-lə matçda qol vuran futbolçu düşüncələrini bölüşüb: “Bir ay bundan öncə belə düşünürdüm ki, Xankəndidə qol vuracağam. O qolun müəllifi olmaq şərəfdir. Şəhidlərimizə həsr edirəm”.

Qeyd edək ki, bu gün “Qarabağ”la MOİK arasında keçirilən qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib. “Qarabağ” hesabı 90+5-ci dəqiqədə açıb, Nəriman Axundzadə fərqlənərək tarixi qolun müəllifi olub. 

Elsevər Məmmədov