Oğuzda 47 yaşlı qadın qətlə yetirildi - 15 yaşlı oğlu saxlanıldı

oguzda-47-yasli-qadin-qetle-yetirildi
Oxunma sayı: 2403

Oğuzda qətl hadisəsi törədilib.

“Qafqazinfo” xəbər verir ki, rayonun Bayan kənd sakini 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə öldürülüb.

Hadisəni törətməkdə onun oğlu, 15 yaşlı O.Q. şübhəli bilinərək polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov