OLAY-ın bir yaşı oldu - Fotolar

olay-in-bir-yasi-oldu
Oxunma sayı: 3840

OLAY.az internet qəzetinin bir yaşı ilə bağlı tədbir keçirilib. 

"Qafqazinfo" xəbər verir ki, şou portalının xüsusi gecəsində mədəniyyət üzvləri, televiziya simaları və media nümayəndələri iştirak edib.

“Liatris Holding”in rəhbəri, həmtəsisçi Ruhi Əliyeva çıxış edərək OLAY.az-ın bir il ərzində uğur qazandığını qeyd edib, portalın artıq tam müstəqil fəaliyyət göstərəcək səviyyəyə çatdığını bildirib.

İş xanımı daha sonra bildirib ki, artıq OLAY-a baş redaktor kimi jurnalist Elvin Elxan təyin edilib. 

Qeyd edək ki, OLAY.az “Liatris Holding”in tərkibində 2021-ci ilin oktyabrın 4-də fəaliyyətə başlayıb. İnternet qəzetində şou, mədəniyyət, dəb, əyləncə, gözəllikdən bəhs edən müsahibələr, reportajlar, bloq yazıları işıqlandırılır.