Ölən adamın kreditini kim ödəməlidir?

olen-adamin-kreditini-kim-odemelidir
Oxunma sayı: 4661


“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkədə yazan ekspert bildirib ki, kredit təşkilatları qanunsuz olaraq vəfat etmiş şəxsin kreditinin ödənilməsini onun ailə üzvlərindən tələb edir: “Halbuki, hər kəs özünə cavabdehdir. Borclu kreditə görə yalnız öz əmlakı ilə məsuliyyət daşıyır. Əmlakı yoxdursa, kredit ödənilmir və buna görə borcluya qarşı heç bir tədbir görülə bilməz. Heç kəsdən qorxmaq lazım deyil, polisə müraciət edin.

Təbii, vəfat etmiş borclunun da krediti Mülki Məcəlləyə uyğun olaraq onun əmlakı hesabına ödənilməlidir. Bu əmlak onun vərəsələrinə keçdikdə, vərəsələr kreditə görə yalnız onlara keçmiş miras həddində məsuliyyət daşıyırlar. Yəni öz əmlakları ilə yox, yalnız miras kimi qalmış əmlaka məsuliyyət daşıyırlar”.

Günel Türksoy