““Olimpiakos” “Qarabağ”a qalib gələcək” - Azərbaycanda oynamış yunan

olimpiakos-qarabaga-qalib-gelecek
Oxunma sayı: 3455

Vaxtı ilə Azərbaycanda "Xəzər Lənkəran" forması geyinmiş Dimitris Sialmas Yunanıstan mətbuatına danışıb.

“Qafqazinfo” “redking.gr” portalına istinadən xəbər verir ki, hazırda ölkəsində “Aiyoy Anarqiroy” klubunda çıxış edən Sialmas Avropa Liqasının 3-cü turunun “Olimpiakos” – “Qarabağ” görüşü barədə fikirlərini bildirib.

Sabiq “Xəzər Lənkəran”lı matçdan gözləntiləri haqda bunları deyib: ““Olimpiakos” çox güclü komandadır. Ona görə də onların “Qarabağ”a qalib gələcəyini düşünürəm. Bəli, onların avrokuboklarda necə çıxış etdiyini bilirəm. “Olimpiakos” bir neçə futbolçu cəlb edib komandaya. Ona görə də onların güclü komanda olduğunu düşünürəm. Üstəlik onlar Avropa Liqasında artıq xallar toplamalıdı”.

Xatırladaq ki, təcrübəli hücumçu “Panionios”, “PAS Giannina” klublarında oynadıqdan sonra 2012-2013-cü illərdə “Xəzər Lənkəran” forması geyinib.