“Olimpiakos”a texniki məğlubiyyət verildi

olimpiakosa-texniki-meglubiyyet-verildi
Oxunma sayı: 2468

Yunanıstanın paytaxtı Afinada “Olimpiakos” və “Panatinaikos” arasındakı oktyabrın 22-də baş tutan matçla bağlı qərar verilib. 

“Qafqazinfo” xəbər verir ki, Yunanıstan Futbol Federasiyasının İntizam Komitəsi meydan sahibi “Olimpiakos”a 0:3 hesablı texniki məğlubiyyət verib.

Qeyd edək ki, oktyabrın 22-də baş tutan oyunda meydan sahiblərinin azarekşləri meydana molotov kokteyli atmışdı. Nəticədə futbolçular və polislər xəsarət almışdı.