Olimpiya çempionu Müsavatın mitinqində

olimpiya-cempionu-musavatin-mitinqinde-
Oxunma sayı: 7357


Dünən Müsavat Partiyasının “Məhsul” stadionunda keçirdiyi mitinqdə Olimpiya çempionu Elnur Məmmədli də polis kimi iştirak edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə jurnalist Anar Məmmədov sosial şəbəkədə məlumat paylaşıb. Məlumatda bildirilir ki, Elnur Məmmədli mitinq keçirilən ərazidə yol polisinin avtomobilində maşınların parklanmasına nəzarət edirmiş. O, 10 YP 540 dövlət nömrə nişanlı DYP avtomobilində olub.

Qeyd edək ki, hazırda Elnur Məmmədli polis kapitanı rütbəsi daşıyır.

Murad