Olimpiya çempionumuz yarımfinalda uduzdu - Yenilənib

olimpiya-cempionumuz-yarimfinalda-uduzdu
Oxunma sayı: 1174

Gürcüstanın paytaxtı Tbilisidə cüdo üzrə Avropa çempionatı davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə başlayacaq.

Olimpiya çempionumuz Zelim Kotsoyev də bu gün tatami üzərinə çıxacaq.

19 aprel

Zelim Kotsoyev (-100 kq)

Kənan Nəsibov (+100 kq)

Madina Kaisinova (+78 kq)

***

Azərbaycan cüdoçusu Zelim Kotsoyev (100 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Avropa çempionatında yarımfinala adlayıb.

1/4 finalda Jombor Veqə (Macarıstan) qalib gələn təmsilçimiz növbəti raunda adlayıb.

Kənan Nəsibov (+100 kq) və Madina Kaisinova (+78 kq) mübarizəni erkən dayandırıblar.

***

Zelim Kotsoyev yarımfinalda uduzdu, bürünc medal görüşünə çıxacaq.