Türkiyədə daha bir məktəb faciəsi - Ölənlər var

turkiyede-daha-bir-mekteb-faciesi
Oxunma sayı: 5249

Türkiyənin Diyarbakır şəhərinin Ergani rayonunda məktəblərin birində faciə yaşanıb.

“Qafqazinfo” “Haber Global”a istinadən xəbər verir ki, hadisə səhər saatlarında baş verib.

Məlumata görə, məktəbin həyətindəki ağaca ildırım düşüb.

Nəticədə ağacın altında olan 13 yaşlı Serkan Yıldırım, 14 yaşlı Kasım Yıldırım həyatını itirib, bir uşaq xəsarət alıb.

Yaralı M.Y-nin “Diyarbakır Gazi Yaşargil Eğitim ve Araştırma” xəstəxanasında müalicə olunduğu və vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, bir neçə gündür ki, Türkiyənin bəzi məktəblərində silahlı hücumların olması geniş müzakirələrə çevrilib.