Ötən gün Azərbaycan Premyer Liqasının XXVIII turunda baş tutan “Qarabağ” - “Sabah” oyununda zədələnən Coy-Lens Mikelsin vəziyyətinə aydınlıq gətirilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Bildirilib ki, ilkin müayinənin nəticəsinə görə, hücumçu üz nahiyəsindən xəsarət alıb, sınıq aşkarlanıb.
Qeyd edək ki, qarşılaşma “Sabah”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son xəbərlər
Son Xəbərlər