İran danışıqların tamamlanmasına fokuslanıb

iran-danisiqlarin-tamamlanmasina-fokuslanib
Oxunma sayı: 544

“Ölkə hazırda danışıqların tamamlanmasına fokuslanıb”.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, bu sözləri Antalya Diplomatiya Forumu çərçivəsində çıxışı zamanı İran XİN-in rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.

O bildirib ki, İran diplomatiyaya üstünlük verir, lakin ABŞ-nin təzyiq və maksimalist tələblərini qəbul etmir.

Xətibzadə ABŞ-nin bəyanatlarının ziddiyyətli olduğunu və əgər müharibə baş verərsə, İranın buna çox sərt cavab verəcəyini qeyd edib.

Rəsmi həmçinin vurğulayıb ki, İran beynəlxalq hüquqa sadiqdir, lakin öz hüquqlarından geri çəkilməyəcək.