Ömər Paşayevdən 1 penalti, 4 sarı vərəqə

omer-pasayevden-1-penalti-4-sari-vereqe
Oxunma sayı: 645

Azərbaycanlı hakimlər briqadası 21 yaşadək futbolçular arasında AÇ-2017-nin seçmə mərhələ oyununu idarə ediblər. “Qafqazinfo” xəbər verir ki, Ömər Paşayevin başçılıq etdiyi hakimlər briqadamız Minskdə baş tutan Belarus - San Marino görüşündə ədaləti qorumağa çalışıblar. 

Oyun Belarusun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qol da Paşayevin 51-ci dəqiqədə təyin etdiyi penalti nəticəsində vurulub. Qarşılaşmanın baş hakimi bu görüşdə 4 sarı vərəqəyə də əl atıb ki, onlardan ikisi meydan sahiblərinə, ikisi isə qonaqlara qismət olub. 

Qeyd edək ki, bu oyunda Paşayevə yan xətt hakimləri Mübariz Həşimovla Namiq Hüseynov yardımçı olub. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.