On gün qabaq arvadını baltalayan kişi öldü

on-gun-qabaq-arvadini-baltalayan-kisi-oldu
Oxunma sayı: 4494

Lənkəranda arvadına və özünə xəsarət yetirən şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisəni törədən Şahəddin Məlikov təcridxanada ürəktutmasından vəfat edib.

Qeyd edək ki, Ş. Məlikov polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmışdı.

Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. 

Xatırladaq ki, hadisə Lənkəran rayonunun Mamusta kəndində baş verib. 1955-ci il təvəllüdlü Ş.Məlikov həyat yoldaşına balta ilə, daha sonra isə özünə bıçaqla xəsarət yetirmişdi.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov