Onlar ali məktəblərə müsabiqədənkənar qəbul oldular

onlar-ali-mekteblere-musabiqedenkenar-qebul-oldular
Oxunma sayı: 3455

Xəbər verdiyimiz kimi, DİM ali məktəblərə qəbulun nəticələrini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, bu il 3 nəfər beynəlxalq fənn olimpiadası, 46 nəfər respublika fənn olimpiadası, 75 nəfər beynəlxalq idman yarışlarının qalibi olduğu, 24 nəfər isə beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramı (IB) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.

Bundan əlavə, 508 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 108 abituriyent isə ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.