“Onlar bizə düşməndir...” - Video

onlar-bize-dusmendir
Oxunma sayı: 2266

Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu rəqqasə Fatimə Fətəliyevanın ifasını tənqid edib.

“Qafqazinfo” xəbər verir ki, “Afaqla 10lar” verilişində qonaq olan ifaçı Azərbaycan musiqisinə zidd mahnıları səsləndirməyin düzgün olmadığını bildirib.

“İmkanım olsaydı, bu mahnının üstündən xətt çəkərdim. Belə mahnı olmaz. Müğənni olmur, elektrik olsun, bu cür mahnılar oxumaq olmaz. Həmin mahnıları oxuyanlar Azərbaycan incəsənətini məhv etmək istəyənlərdir. Onlar bizim musiqimizə düşməndir. Fatimə dostumdur, əzizimdir, amma bu, mahnı deyil. Bu, Azərbaycan musiqisinə zidd olan mahnıdır”,- H. Məhəmmədoğlu qeyd edib.