Onlar da Azərbaycana dəstək oldu

Onlar da Azərbaycana dəstək oldu
Oxunma sayı: 4870

Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində davam edən döyüşlərlə bağlı Türkiyənin Azərbaycana dəstəyi davam edir. 

“Qafqazinfo” xəbər verir ki, artıq ötən gündən etibarən tvitterdə “Seninleyiz Azerbaycan” həştəqi yaradılıb. Bu həştəqlə bir çox siyasətçilər paylaşım edərək Azərbaycanın yanında olduqlarını bəyan edirlər. 

Sabiq parlament sədri Binəli Yıldırım Ermənistanın Tovuz bölgəsinə etdiyi hücumu qəbuledilməz adlandırıb: “Bu hücum Azərbaycanın ərazi bütövlüyünə edilib. Döyüşdə həlak olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Öz haqlı mübarizələrində azərbaycanlı qardaşlarımızın yanındayıq”.

Xəzinə və Maliyyə naziri Berat Albayrak qardaş ölkə olan Azərbaycana Ermənistan tərəfindən həyata keçirilmiş hücumu şiddətlə qınadığını bəyan edib: “Hücumda şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirik. Dost və qardaş ölkə olan Azərbaycanın daim yanında olmağa davam edəcəyik”.

“İyi” Partiyasının sədri Meral Akşener isə dəstəyini belə ifadə edib: “Ermənistanın can Azərbaycana qarşı hücumundan şəhid olan qardaşlarımıza Allahdan rəhmət, yaralılara isə şəfa diləyirəm. Sadəcə qardaş olduğumuz üçün deyil, işğalçıya qarşı torpaqlarını müdafiə etdiyi üçün yanlarındayıq və hər zaman da yanlarında olacağıq”.

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Azərbaycan-Ermənistan sərhədində Tovuz bölgəsində Ermənistanın hücumu nəticəsində şəhid olan qardaşlara Allahdan rəhmət diləyib: “Qardaş ölkə Azərbaycanın başı sağ olsun. Bir millət, iki dövlətik”.

Türkiyənin vitse-prezidenti Fuat Oktay qeyd edib ki, dost və qardaş ölkə olan Azərbaycana Ermənistanın hücumları qəbul edilə bilməz: “Hücumu şiddətlə qınayırıq. Şəhid düşən qardaşlarımıza Allahdan rəhmət diləyirik”.

Məlum olduğu kimi, Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu da “Can Azərbaycana canımız fəda” şəklində yenidən paylaşım edib.

Qeyd edək ki, sözügedən həştəqlə müxtəlif təbəqələrdən olan çoxsaylı insanların Azərbaycana dəstək ifadə edən tvitləri davam etməkdədir.

Günel Türksoy


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi