Onlardan başqa vida mərasiminə gələn olmadı - Foto

onlardan-basqa-vida-merasimine-gelen-olmadi
Oxunma sayı: 35305

Xəbər verdiyimiz kimi, Əməkdar artist Gülbahar Şükürlü ötən gün vəfat edib. 

“Qafqazinfo” axşam.az-a istinadən xəbər verir ki, dünəndən bu yana sənət adamları musiqiçi ilə bağlı paylaşım edib, onun vəfatına üzüldüklərini dilə gətiriblər.

Bu gün isə evində qarmon ifaçısı ilə vida mərasimi keçirilib. Diqqət çəkən məqam isə o olub ki, sənət dostlarından heç kim onunla vida mərasiminə qatılmayıb. 

Mərasimə gələnlər arasında yalnız Xalq artistləri Firuz Əliyev, Aygün Səmədzadə və müğənni Elnur Məmmədov olub. Eləcə də dəfn mərasimində musiqiçilər yer almayıblar. 

Qeyd edək ki, G.Şükürlü uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.