“Onlardan biri Fransa, ikinci isə İrandır” - MN-dən sərt açıqlama

onlardan-biri-fransa-ikinci-ise-irandir
Oxunma sayı: 8598

“Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlayıb. Bu hərbi təcavüz nəticəsində Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsi də işğal edilib. Lakin, İran tərəfi bir dəfə də olsun Ermənistana münasibətdə ittihamedici açıqlama verməyib”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Müdafiə Nazirliydən İran Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydəri tərəfindən Azərbaycana münasibətdə çirkin iftira və böhtan xarakterli fikirlər səsləndirilməsinə cavab olaraq bildirilib.

“Əksinə bu dövr ərzində İran-Ermənistan qardaşlığı daha da güclənib. Bu gün də heç kimə sirr deyil ki, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa onlardan biri Fransa, ikinci isə İrandır” - MN-in cavabında qeyd olunur.