“Onun cinsini müəyyənləşdirə bilibmi, cənab Xamneyi?” - Mirşahindən sərt sözlər - Video

“Onun cinsini müəyyənləşdirə bilibmi, cənab Xamneyi?”
Oxunma sayı: 13692

Tanınmış jurnalist Mirşahin Ağayev müəllifi olduğu verilişdə İran-Ermənistan münasibətlərindən də söz açıb.

“Qafqazinfo” xəbər verir ki, o, “Mir Şahinin vaxtı” verilişində İrəvan-Tehran şəhərlərinin qardaşlaşmasından, eləcə də Ermənistan rəhbərliyinin İrana səfərindən danışıb.

“İranın Azərbaycandakı casusları, dəstəkçiləri Davos formundan o qədər cahil və cindar görünürdülər ki... Cındır demirəm ha, qarışdırmayın. Elə buna görədir ki, İran adlanan ərazi və əhali məkanının başımızın üstündə İrəvanla qardaşlaşması, “Ya Fatimə” deyilən dilləri ilə Paşinyanın arvadını çağırmaları diqqətsiz qalır. “Ya Əli” deyən dodaqlar haramcasına “Ya Paşinyan” deyə məscidə donuz bağlayana doğru uzanır. Axı müsəlman olmağın bir şərtidi də var. Ermənistan kiçik toya qadirdir? Onun cinsini müəyyənləşdirə bilibmi, cənab Xamneyi?” - Mirşahin Ağayev qeyd edib.