Oqtay Əliyev dəfn olundu - Fotolar+Yenilənib

oqtay-eliyev-defn-olundu
Oxunma sayı: 15813

Avtoqəzada həlak olan tanınmış prodüser Oqtay Əliyev dəfn olunur.

“Qafqazinfo”nun məlumatına görə, onun nəşi “Qurd qapısı” qəbiristanlığına gətirilib.

Oqtay Əliyevin məzarı iki ay öncə vəfat edən Əməkdar artist Tünzalə Əliyevanın məzarının arxa hissəsində qazılıb. Eyni zamanda, burada Xalq artistləri Arif Quliyev, Rafiq Hüseynov (Rəmiş), Ramiz Novruz və digər mərhum sənətçilərin məzarları yerləşir.

***

Mərhum “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb,dəfn prosesi başa çatıb.

Emin Səfərov

Fotolar: Müzəffər İsmayılov