Azərbaycan Ordusunun əsgəri ildırım vurması nəticəsində ölüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissədə qeydə alınıb.
Hərbi hissənin əsgəri, Bakı şəhər sakini, 2003-cü il təvəllüdlü Davud Fuad oğlu Məmmədli postda olan zaman onu ildırım vurub.
Əsgər aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.