Ordumuzun nəzarətinə keçən kənddə mina partladı - Xəsarət alan var

ordumuzun-nezaretine-kecen-kendde-mina-partladi
Oxunma sayı: 9432

Sentyabrın 22-də Şuşa rayonunun Xəlfəli kənd ərazisində minalardan təmizlənməmiş ərazidə mina partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) birgə məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun nəzarəti altına keçmiş ərazidə yolun salınması fəaliyyəti ilə məşğul olan 1965-ci il təvəllüdlü mülki şəxs idarə etdiyi traktorla minaya düşüb:

“Hadisə nəticəsində traktorçu yüngül xəsarət alıb. Həyatı təhlükəsi yoxdur. Mülki təyinatlı sahələrin minalanması bir daha Ermənistanın dinc əhaliyə qarşı məkrli niyyətinin göstəricisi, insanlığa qarşı törədilmiş terrorun təzahürüdür”.

***

Baş Prokurorluğun Mətbuat xidməti mina partlayışı ilə bağlı məlumat yayıb.

“Sentyabrın 22-də saat 12 radələrində Şuşada bərpa-quruculuq işləri həyata keçirən şirkətlərdən birinin əməkdaşı, 1965-ci il təvəllüdlü mülki şəxsin rayonunun Xəlfəli kəndi ərazisində buldozerlə iş görən zaman yolda basdırılmış minanın partlaması nəticəsində  xəsarət alması faktı üzrə Şuşa rayon prokurorluğunda araşdırma aparılır”, - rəsmi qurumdan bildirilib.