Orta məktəbdə külli miqdarda mənimsəmə - Cinayət işi açıldı

orta-mektebde-kulli-miqdarda-menimseme
Oxunma sayı: 7662

Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində yol verilən qanunsuzluqlar barədə daxil olmuş vətəndaş müraciəti araşdırılıb.

Cəlilabad rayon prokurorluğundan “Qafqazinfo”ya verilən mlumata görə, araşdırma zamanı həmin məktəbdə 8 oktyabr 2018-ci ildən 10 mart 2023-cü ilədək olan dövr ərzində külli miqdarda dövlət əmlakının qanunsuz olaraq ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Cəlilabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) maddəsilə cinayət işi başlanıb.

Hazırda iş üzrə ibtidai istintaq davam edir.