Ötən gün bıçaqlanan gənc xəstəxanada öldü

oten-gun-bicaqlanan-genc-xestexanada-oldu
Oxunma sayı: 2363

Ötən gün Lənkəranda bıçaqlanan şəxs xəstəxanada ölüb.

“Qafqazinfo”nun məlumatına görə, həkimlərin səylərinə baxmayaraq əməliyyat olunan 22 yaşlı Camal Abdullayev həyatını itirib.

Qeyd edək ki, hadisədən sonra cinayət əməlini törətməkdə şübhəli bilinən qardaşı 36 yaşlı Calal Abdullayev könüllü olaraq polisə gələrək təslim olub.

Faktla bağlı araşdırmalar aparılır.

Surxay Şahbazov