Kanadanın paytaxtı Ottava şəhərinin administrasiyası yük maşınlarının sürücüləri tərəfindən koronavirusla bağlı məhdudiyyətlərə qarşı keçirilən etirazlar səbəbindən şəhərdə fövqəladə vəziyyət elan edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı yerli “CBC” telekanalı yayıb.
Şəhərin meri Cim Uotsonun açıqlamasına görə, Ottava rəhbərliyi və polisi artıq etirazlarla bağlı vəziyyətə nəzarət etmir. Polis rəhbəri Piter Sloli isə fevralın 5-i bildirib ki, aksiyanı dayandırmaq üçün polis əməkdaşları çatışmır.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, fevralın 5-i aksiyaya yerli sakinlər və digər şəhərlərdən gələn vətəndaşlar da qoşulub və iştirak edənlərin sayı 5000 nəfərə çatıb.
Etirazçılar federal və regional hakimiyyət orqanlarından pandemiya ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlərin ləğv edilməsini tələb edirlər.
Son xəbərlər
Son Xəbərlər