Övladları ilk dəfə şahzadə titulu aldı

ovladlari-ilk-defe-sahzade-titulu-aldi
Oxunma sayı: 2482

Sasseks hersoqu Harri və hersoqinya Meqan Markl kiçik qızları Lilibeti gizli şəkildə vəftiz ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşrinə cütlüyün rəsmi nümayəndəsi bildirib.

Mərasim martın 3-də 20-30 qonağın iştirakı ilə Montesitodakı (Kaliforniya) malikənədə baş tutub. Qonaqlar arasında Meqanın anası Doria da iştirak edib.

Vəftizə kral ailəsindən heç kim qatılmayıb. Bildirilir ki, onları mərasimə dəvət edən olmayıb. Lilibetin xaç atası Sassekslərin çoxdankı dostu, onlara ABŞ-də həyat qurmağa kömək edən afroamerikalı kinomaqnat Tayler Perri olub.

Bundan başqa, cütlüyün oğlu Arçi və qızı Lilibet şahzadə titulu alıblar. Bu barədə kral ailəsinin rəsmi saytında bildirilib.

Qeyd edək ki, şahzadə Harri və Meqan 2020-ci ildə ABŞ-yə köçüblər.