Ermənistanda Zəngəzur mis-molibden kombinatında axtarış əməliyyatı keçirilir.
“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin “Alfa” adlanan xüsusi təyinatlı dəstəsi kombinatın inzibati binasına daxil olub və otaqlarda axtarış aparır.
“Ermənistan” seçki blokunun nümayəndəsi Vaqe Akopyan bildirib ki, xüsusi təyinatlılar kabinetlərdəki kompüterləri müsadirə ediblər.
O, axtarışın hansı cinayət işi çərçivəsində həyata keçirildiyini bilmədiyini deyib. Lakin əlavə edib ki, axtarışlar zamanı hüquq-mühafizə oraqanları nümayəndələri kombinatın təhlükəsizlik xidmətinin əməkdaşı Tiqran Nersesyanı saxlayıb.
Qeyd edək ki, səhmlərinin böyük hissəsinin Almaniyanın “CRONIMET” şirkətinə məxsus olduğu Ermənistanın Zəngəzur mis-molibden kombinatı istehsalat tullantılarını ilkin təmizləmə işləri aparmadan birbaşa Oxçuçaya axıdır.
Qeyd edək ki, Zəngəzur Mis-molibden kombinatında iyulun 8-də də yoxlama-axtarış əməliyyatı keçirilib.
Xatırladaq ki, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan seçkiqabağı kampaniyası zamanı bu kombinatda müxalifət lehinə rüşvət paylandığını iddia edirdi.
Son xəbərlər
Son Xəbərlər