“Oxu sürətləri çox aşağıdır, düşünürlər ki, suallar çətin olub”

oxu-suretleri-cox-asagidir-dusunurler-ki-suallar-cetin-olub
Oxunma sayı: 3099

“Müəllimlərin işə qəbulu imtahanlarının çətin olması ilə bağlı narazılıqlar var. Lakin mən istərdim ki, müəllim olmaq istəyən hər kəs bir məsələyə diqqət yetirsin. Belə ki, əslində biz uzun illər imtahanların nəticəsində müəyyənləşdiririk ki, məktəbə hansı müəllimlər lazımdır. Məktəbə hansı müəllim, yəni hansı öyrənmə prosesini tətbiq edən təhsilverən lazımdır. Bu tələb beynəlxalq standartlara yaxınlaşır”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı keçirilən canlı yayımda Təhsil İnstitutunun Mərkəz rəhbəri Nəzakət Mehdiyeva bildirib. 
 
Nazirliyin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu isə narazılığı oxu sürətinin aşağı olması ilə əlaqələndirib:

“Araşdırmalar nəticəsində məlum olub ki, bizdə oxu sürəti kifayət qədər aşağıdır. Bunun olması bizdə elə təəssürat yaradır ki, suallar çətin olub”.

V. Yaqublu, həmçinin bildirib ki, müəllimlərin işə qəbul imtahanında qoyulan suallar məktəb dərsliklərindən kənara çıxmır. 

Gülnar Əliyeva