Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) parlament qrupu təcili olaraq partiyanın qərargahında qapalı iclas keçirib.
“Qafqazinfo” “TRT Haber”ə istinadla xəbər verir ki, gərgin keçən iclasda Özgür Özel iştirak edən 96 deputatdan 95-nin səsini qazanaraq yenidən CHP-nin parlament qrupunun sədri seçilib.
Səsvermə zamanı cəmi bir səs etibarsız hesab olunub.
Xatırladaq ki, bu addım Ankara Məhkəməsinin CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci növbəti qurultayının nəticələrini ləğv etməsindən dərhal sonra atılıb. Belə ki, məhkəmənin qərarına əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, məhkəmə CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlunun müvəqqəti olaraq yenidən sədr postuna bərpa edilməsinə qərar verilib.
Son xəbərlər
Son Xəbərlər