Yanvarın 29-u saat 13 radələrində Bakıda 31 yaşlı kişi intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, 1993-cü il təvəllüdlü Nurlan Rövşən oğlu Cəfərzadə özünü Xətai rayonu ərazisində yerləşən 19 mərtəbəli binanın 11-ci mərtəbəsindən atıb. O, ağır bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, ötən gün 13:10 radələrində 1993-cü il təvəllüdlü şəxs ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib: “Bədəndə çoxsaylı sınıqlar, kəllə-beyin travması, daxili qanaxma və s. ağır diaqnozlar qoyulan yaralı dərhal Mərkəzin Cərrahi reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda süni tənəffüs aparatına qoşulan şəxsin vəziyyəti kəskin ağır qiymətləndirilir”.
Son xəbərlər
Son Xəbərlər