Özünü körpüdən atmaq istəyən kişi xilas edildi - Yenilənib

ozunu-korpuden-atmaq-isteyen-kisi-xilas-edildi
Oxunma sayı: 6005

Bu gün saat 17 radələrində naməlum şəxs "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.

"Qafqazinfo" xəbər verir ki, həmin şəxs körpünün asma dirəklərini saxlayan qurğunun üzərinə çıxıb.

Hadisə ilə bağlı xilasedicilərə məlumat verilib.

İntiharın qarşısının alınması məqsədilə iş aparılır.

***

Bu gün "Koroğlu" metrostansiyası yaxınlığında yerləşən körpüyə çıxaraq intihar etmək istəyən kişi xilasedicilər tərəfindən xilas edilib.

Hazırda o, körpünün üzərindən aşağıya düşürülür.

Həmin görüntüləri təqdim edirik: