“Özünüzü şeytan hesab edirsinizmi?” sualına elə cavab verdi ki... - Video

ozunuzu-seytan-hesab-edirsinizmi-sualina-ele-cavab-verdi-ki
Oxunma sayı: 1145

ABŞ Ədliyyə Departamentinin açıqladığı yeni sənəd toplusunda Ceffri Epşteynin dindirilməsinə aid geniş videogörüntülər üzə çıxıb.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, təxminən iki saat davam edən video faylında Epşteynə ünvanlanan kəskin suallar və onun qalmaqallı cavabları yer alıb.

Ən çox diqqətçəkən məqamlardan biri isə müsahibə aparan şəxsin “Özünüzü şeytan hesab edirsinizmi?” sualına milyarderin “Mənim yaxşı güzgüm var” deyə cavab verməsidir.

Görüntülərin nə vaxt və hansı şəraitdə çəkildiyi rəsmən təsdiqlənməsə də, videonun bir hissəsində Epşteynin sərvəti və “üçüncü sinif cinsi yırtıcı” olması ilə bağlı ittihamlar ətrafında sorğu-sual edildiyi görünür.

Qeyd edək ki, ötən həftə ictimaiyyətə təqdim olunan milyonlarla sənədin bir hissəsi olan həmin görüntülər Epşteynin cinayət əməlləri və xarakterinə dair qaranlıq məqamlara işıq salır.

Xatırladaq ki, bu video 2019-cu ildə həbsxanada ölü tapılan Epşteyn haqqında son illərdə yayımlanan ən genişmiqyaslı vizual materiallardan biri hesab olunur.

Məlumat üçün bildirək ki, sözügedən sənədlərdə həmçinin Nyu-Yorkun yeni meri Zohran Mamdaninin Epşteynin oğlu olmasına dair bəzi iddialar yer alsa da, həmin məlumatlar rəsmi faktlarla təsdiqlənməyib.