Pakistan sərhəddə 30 “Taliban” üzvünü məhv etdi - Yenilənib

pakistan-serhedde-30-taliban-uzvunu-mehv-etdi
Oxunma sayı: 692

Əfqanıstan və Pakistan arasındakı gərginlik Durand xətti boyunca genişmiqyaslı silahlı qarşıdurmaya çevrilib.

“Qafqazinfo” Əfqanıstanın “Tolo News” telekanalına istinadən xəbər verir ki, iki ölkənin hərbi birləşmələri sərhədin altı fərqli nöqtəsində bir-birinə ağır silahlardan atəş açıblar.

Bildirilib ki, döyüşlərin əsasən Kabulun rəsmi dövlət sərhədi kimi tanımadığı Durand xətti boyunca getdiyi bildirilir.

Qeyd edək ki, sözügedən hərbi eskalasiyaya səbəb Pakistan tərəfinin fevralın 22-də Əfqanıstan ərazisindəki “Tehrik-e-Taliban Pakistan” (TTP) və İŞİD-in “Vilayət Xorasan” qoluna məxsus olduğu iddia edilən sığınacaqlara hava zərbələri endirməsidir. İslamabad bu addımı fevralın 6-da paytaxtda yerləşən şiə məscidində 31 nəfərin ölümü ilə nəticələnən terror aktına cavab kimi qiymətləndirib. 

Xatırladaq ki, Pakistan hakimiyyəti bir müddət əvvəl Əfqanıstanı “açıq müharibə” ilə hədələmişdi.

***

“Geo News” telekanalının məlumatına görə, Pakistan Silahlı Qüvvələrinin keçirdiyi “Qəzəb-lil-haqq” cavab əməliyyatı nəticəsində “Taliban”ın azı 30 döyüşçüsü məhv edilib.