Pakistanda qatar partlayıb - 24 ölü, 50-dən çox yaralı var

pakistanda-qatar-partlayib
Oxunma sayı: 443

Pakistanın Bəlucistan əyalətində qatar partlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFP yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Bildirilib ki, qatarda hərbçilər və onların ailə üzvləri olub.

Mənbənin agentliyə verdiyi məlumata görə, hadisə nəticəsində ən azı 24 nəfər ölüb, 50-dən çox insan xəsarət alıb.

Qatar Pakistanın şimal-qərbindəki Kvettadan Pişəvərə gedirmiş.