Pakistandakı partlayışda ölənlərin sayı artdı - Yenilənib

pakistandaki-partlayisda-olenlerin-sayi-artdi
Oxunma sayı: 5763

Pakistanın Pişəvər şəhərində məsciddə partlayış baş verib.

“Qafqazinfo” “Reuters” agentliyinə istinadən xəbər verir ki, partlayış nəticəsində azı 17 nəfər həlak olub, daha 90 nəfər isə yaralanıb.

Yaralılardan bir neçəsinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Məlumata görə, günorta namazı zamanı kamikadze məscidə girərək özünü partladıb.

***

Məsciddə partlayış nəticəsində ölənlərin sayı 28-ə, yaralananların sayı isə 150-ə çatıb. 

***

Pakistanın Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb, 157 nəfər yaralanıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda LRH xəstəxanasının nümayəndəsi Məhəmməd Asim bəyanat yayıb.

***

Məsciddə partlayış nəticəsində ölənlərin sayı 59-a çatıb. 

***

Pakistanda Pişəvər şəhərində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 72 nəfərə çatıb.

"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, hadisədə 150 nəfər insan yaralanıb.

***

Pakistanda partlayış nəticəsində həlak olanların sayı 90-a çatıb, yaralıların sayı isə 200-ü ötüb. Yaralılardan təqribən 100 nəfəri xəstəxanada müalicəni davam etdirir, digərləri isə evə buraxılıb.