“Şərtlərimiz barədə razılığa gəlmədən müzakirə olmayacaq”.
“Qafqazinfo” xəbər verir ki, bunu İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf “X” hesabında yazıb.
O bildirib ki, Tehranın irəli sürdüyü şərtlər razılaşdırılmadan ABŞ ilə danışıqlarda heç bir irəliləyiş əldə etmək mümkün deyil.
Parlament sədri İranın tələblərinin vasitəçilər vasitəsilə dəfələrlə qarşı tərəfə çatdırıldığını vurğulayıb.
Qalibaf qeyd edib ki, həmin şərtlər barədə razılıq əldə olunması ABŞ ilə danışıqların irəliləməsi üçün zəruridir.
Son xəbərlər
Son Xəbərlər